Ordu.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəsmi nümayəndəsi Ebrahim Zülfəqari açıqlama verib.
Zülfəqarinin sözlərinə görə, işğal olunmuş ərazilərdə yerləşən həssas və mühüm hədəflərə qarşı həyata keçirilən yeni əməliyyat dalğası zamanı qarşı tərəf ağır və dağıdıcı zərbələr alıb.
O bildirib ki, İsrail İran Silahlı Qüvvələrinin uğurlu hücum əməliyyatlarının nəticələrini birbaşa hiss edib.
Bu açıqlama İranın son günlər İsraillə qarşılıqlı zərbələr fonunda həyata keçirdiyi əməliyyatlarla bağlı verilib.
Sevinc Əliyeva
Ordu.az