Ordu.az xəbər verir ki, bu barədə “Yicai” nəşri məlumat yayıb.
Şirkət ilk seriyalı modeli olan “Govy AirCab” üçün ilkin sifarişlərin qəbuluna 2025-ci ildə başlayıb. Şaquli qalxma və enmə qabiliyyətinə malik ilk elektrik uçuş aparatı ötən ay istehsal xəttindən çıxıb.
Plana əsasən, 2026-cı ilin sonunadək uçuş yararlılığı üzrə sertifikatlaşdırma prosesi başa çatdırılacaq. Şirkət 2027-ci ilin ilk yarısında istehsal sertifikatı almağı və bundan sonra seriyalı istehsal ilə tədarük həcmlərini artırmağı nəzərdə tutur.
“Govy Technology”nin təsisçisi və baş direktoru Su Sinpen bildirib ki, yaxın beş il ərzində uçan avtomobillər sahəsində ciddi inkişaf gözlənilir.
Onun sözlərinə görə, istehsalçı şirkətlər uçuş yararlılığı sertifikatlarını əldə etdikdən və istehsal imkanları genişləndirildikdən sonra bu sahə sürətli inkişaf mərhələsinə qədəm qoyacaq.
Qeyd edək ki, Çin son illərdə pilotsuz uçuş aparatları, dirijabllar və şaquli qalxma-enmə imkanına malik uçuş aparatlarını əhatə edən “aşağı hündürlük iqtisadiyyatı” sektorunu fəal şəkildə inkişaf etdirir.
Çin Mülki Aviasiya Administrasiyasının proqnozuna görə, bu bazarın dəyəri 2035-ci ilə qədər 3,5 trilyon yuan və ya təxminən 490 milyard ABŞ dollarına çata bilər.
Sevinc Əliyeva
Ordu.az