Oman sahillərində neft tankerində yanğın baş verib

2026/05/1779509248.jpg
Oxunub: 222     17:46     08 İyun 2026    
Oman sahillərində göyərtəsində 24 hindistanlı dənizçinin olduğu "Marivex" neft tankerində yanğın baş verib.

Ordu.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Hindistanın federal limanlar və gəmiçilik naziri Opeş Kumar Şarma mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bütün heyət üzvləri təhlükəsizlikdədir. Məlumata görə, Madaqaskar bayrağı altında üzən gəmi yük daşımayıb.

"Hazırda bütün hindistanlı dənizçilər təhlükəsizlikdədir. Biz onların təhlükəsizliyini təmin etmək üçün fəaliyyətimizi Xarici İşlər Nazirliyi, Hindistan xaricdəki nümayəndəlikləri, Hindistan Hərbi Dəniz Qüvvələri və Müdafiə Nazirliyi ilə əlaqələndiririk", - O.Şarma qeyd edib.

CNN telekanalının məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri gəmiyə zərbə endirib. Ötən ilin dekabrından bu tankerə qarşı İranla əlaqədar sanksiyalar tətbiq edilib. Ekipajın məlumatından aydın olur ki, zərbədən sonra göyərtədə yanğın baş verib, gəmi batmağa başlayıb. Dənizçilər iddia edirlər ki, maşın bölməsinə raket düşüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oman   Tanker  


Bizi "telegram"da izləyin