İran ölkə üzrə bütün aviareysləri ləğv edib

2026/02/1770102569.jpg
Oxunub: 227     17:45     08 İyun 2026    
İran hava məkanını tamamilə bağlayaraq ölkə daxilində və beynəlxalq istiqamətlər üzrə bütün uçuşları dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, İran Mülki Aviasiya Təşkilatı ölkənin qərb hissəsinin hava məkanının bağlanması ilə bağlı rəsmi NOTAM bildirişi yayıb.

Bundan sonra ölkənin bütün hava limanlarında uçuşlar ləğv olunub və növbəti göstəriş verilənədək həyata keçirilməyəcək.

Qərarın təhlükəsizlik səbəbləri ilə əlaqədar qəbul edildiyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Aviareys  


Bizi "telegram"da izləyin