Pezeşkian: “Nə döyüş meydanını, nə də danışıqlar masasını tərk etmişik”

2026/03/17723-1773989433.jpg
Oxunub: 222     17:42     08 İyun 2026    
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin həm hərbi, həm də diplomatik müstəvidə fəaliyyətini davam etdirdiyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Pezeşkian “X” sosial şəbəkəsində paylaşım edib.

İran Prezidenti bildirib ki, ölkənin qüdrətli silahlı qüvvələri və hökuməti İran xalqının hüquqlarını qətiyyətlə müdafiə edəcək.

Onun sözlərinə görə, İran heç bir təhdid qarşısında geri çəkilməyəcək və ölkənin əsas prioriteti milli təhlükəsizliklə vətəndaşların əmin-amanlığının qorunmasıdır.

Pezeşkian vurğulayıb ki, diplomatiya və müdafiə milli gücün iki əsas sütunudur.

“Biz nə döyüş meydanını, nə də danışıqlar masasını tərk etmişik”, - deyə İran Prezidenti qeyd edib.

O əlavə edib ki, birlik və rasional yanaşma sayəsində İran mövcud sınaqlardan uğurla çıxacaq.

Pezeşkian bir daha vurğulayıb ki, hökumətin əsas vəzifəsi milli təhlükəsizliyin təmin olunması və vətəndaşların sülh şəraitində yaşamasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   İran  


Bizi "telegram"da izləyin