Marta Kos Ukrayna üçün birinci danışıqlar klasterinin iyunun 15-də açılacağını təsdiqləyib

2026/02/1771081973.jpg
Oxunub: 193     16:40     08 İyun 2026    
Ukrayna üçün birinci "Əsaslar" klasterinin açılmasına dair hökumətlərarası konfrans 2026-cı il iyunun 15-də Lüksemburqda keçiriləcək.

Ordu.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Kiyevdə jurnalistlərə bildirib.

Aİ-yə sədrlik edən Kipr Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlük danışıqlarında birinci klasterin rəsmi açılmasına hazırlığa başladığını bildirib.

Avropa Şurasının saytında dərc olunmuş məlumata görə, Xarici İşlər Şurası iyunun 15-də Lüksemburqda Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın sədrliyi altında toplanacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marta-Kos   Ukrayna  


Bizi "telegram"da izləyin