Zelenski mayın 9-da Qırmızı Meydana qarşı silahdan istifadə olunmamasını əmr edib - YENİLƏNİB

2026/05/1777970334.jpg
Oxunub: 692     23:39     08 May 2026    
Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında 9 may 2026-cı ildə Moskvada keçiriləcək paradla bağlı sənəd dərc edilib.

Ordu.az-ın məlumatına görə, sənəddə tədbirin keçirilməsinə icazə verilir və parad müddətində Qırmızı Meydan ərazisi Ukrayna silahlarının tətbiqi planından müvəqqəti olaraq çıxarılır.

Həmçinin qeyd olunur ki, sənəd humanitar səbəblərə və 8 may 2026-cı ildə Amerika tərəfi ilə danışıqlar zamanı aparılan müzakirələrə əsaslanır.

Sənəd imzalandığı andan qüvvəyə minib.

***

Rusiya və Ukrayna mayın 9-dan 11-dək atəşkəs, eləcə də "1 000 nəfərin 1 000 nəfərə" formulu üzrə əsir mübadiləsi aparmaq barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Moskva və Kiyev onun xahişi ilə üçgünlük atəşkəsə razılaşıblar.

Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinin və Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə qərarını alqışlayıb.

"Ümid edirəm ki, bu, çox uzun və şiddətli müharibənin sonunun başlanğıcıdır", - Ağ Evin rəhbəri yazıb.

ABŞ liderinin fikrincə, tərəflər hər keçən gün münaqişənin nizamlanmasına daha da yaxınlaşırlar.

Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada humanitar məqsədlər üçün 9 may paradının keçirilməsinə imkan verən fərman imzalayıb. Dövlət başçısının saytında dərc olunmuş sənədə görə, Qırmızı Meydan ərazisi tədbir müddətində Ukrayna hərbi qüvvələrinin silahlarının istifadəsi planından müvəqqəti olaraq çıxarılıb.

Fərman imzalandığı andan qüvvəyə minib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin