"Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs elan olunacaq" - Tramp

2025/05/1746768021.jpg
Oxunub: 396     22:31     08 May 2026    
Rusiya ilə Ukrayna arasında 9, 10 və 11 may tarixlərini əhatə edən üçgünlük atəşkəs elan olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edib.

Tramp qeyd edib ki, atəşkəsin elan olunması Qələbə Günü ilə əlaqədardır.

“Bu təşəbbüsü birbaşa mən irəli sürdüm və Prezident Vladimir Putin ilə Prezident Volodimir Zelenski tərəfindən razılaşdırıldığı üçün minnətdaram. Ümid edirəm ki, bu, uzun, ağır və ölümcül müharibənin sona çatmasının başlanğıcı olacaq. İkinci Dünya müharibəsindən sonra ən böyük münaqişələrdən biri sayılan bu savaşın başa çatdırılması ilə bağlı danışıqlar davam edir və biz hər gün bu məqsədə daha da yaxınlaşırıq”, – deyə Tramp əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin