Keniyanın xarici işlər naziri Ukrayna cəbhəsində döyüşlər zamanı 19 vətəndaşının öldüyünü açıqlayıb

2026/05/1778179521.jpg
Oxunub: 402     22:38     07 May 2026    
Keniyanın xarici işlər naziri Musaliya Mudavadi cümə axşamı bildirib ki, Ukrayna cəbhəsində döyüşlər zamanı ölkənin 19 vətəndaşı həlak olub, daha 32 nəfər isə itkin düşmüş hesab olunur.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Senat komissiyasının iclasında çıxış edən Musaliya Mudavadi Rusiya ordusunda xidmətə qoşulan keniyalıların sayının əvvəlki 250 nəfərdən 291 nəfərə yüksəldiyini bildirib.

Ölkənin xüsusi xidmət orqanları isə bu rəqəmin daha yüksək olduğunu hesab edir və Rusiya silahlı qüvvələrinə 1000-dən çox keniyalının cəlb edildiyini ehtimal edir.

“Rusiya xüsusi bölmələrində xidmətə qoşulan şəxslərlə bağlı yeni təfərrüatlar ortaya çıxıb...”, - deyə Mudavadi Senata bildirib və əlavə edib ki, hazırda Keniyanın 53 çağırışçısı vətənə qaytarılıb.

“Rusiyada öldüyü ehtimal edilən 19 keniyalı barədə məlumatımız var. Hazırda isə 32 itkin düşən şəxs barədə məlumat əldə etmişik”, - deyə o bildirib.

Mudavadinin sözlərinə görə, daha iki keniyalı Ukraynada əsirlikdədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Keniya   Ukrayna  


Bizi "telegram"da izləyin