Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib.
Kallas bildirib ki, İranın pilotsuz uçuş aparatları Hörmüz boğazında beynəlxalq gəmiçiliyi təhdid etməkdə davam edir.
“Nazirlər açıq şəkildə bəyan ediblər ki, İranın bu cür hərəkətləri tamamilə qəbuledilməzdir”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.
Kallasın sözlərinə görə, cavab tədbiri kimi Avropa İttifaqına üzv dövlətlər İranın həmin həyati əhəmiyyətli su yolunda dəniz nəqliyyatının bloklanması ilə əlaqəsi olan vətəndaşları və təşkilatlarına qarşı sanksiyalar paketini təsdiqləyiblər.
Məsələ ilə bağlı Böyük Britaniya da mövqeyini açıqlayıb. Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper İran və İsraili təmkinli olmağa və gərginliyin dərhal azaldılması istiqamətində addımlar atmağa çağırıb.
“İran və İsrail arasında genişmiqyaslı münaqişənin yenidən başlaması heç kimin maraqlarına uyğun deyil. Regionda sülh və sabitliyin təmin edilməsi, eləcə də qlobal ticarətin tam bərpası üçün danışıqlar davam etməlidir”, - deyə Kuper bildirib.
Sevinc Əliyeva
Ordu.az