“Ukrayna müharibəsi regionumuzun təhlükəsizliyinə birbaşa təsir edir” - Hakan Fidan

2026/01/1768473609.jpg
Oxunub: 238     20:51     08 İyun 2026    
“Ukraynada sülhə nail olunması regional sabitlik və təhlükəsizlik üçün əsas əhəmiyyət daşıyır”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Azərbaycan və Gürcüstandan olan həmkarları ilə görüşdən sonra bildirib.

Fidan Türkiyə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın artan strateji əhəmiyyətini vurğulayıb.

“Şimalımızda davam edən münaqişə regionumuzun təhlükəsizliyinə birbaşa təsir göstərir. Rusiya ilə Ukrayna arasında sülhə nail olunmasını regional sabitlik və təhlükəsizlik üçün mühüm şərt hesab edirik. Əminik ki, bu diplomatik proses və sülhyaratma səyləri qətiyyətlə davam etdirilməlidir”, - deyə Fidan bildirib.

Türkiyənin xarici işlər naziri həm döyüş meydanında, həm də diplomatik müstəvidə yaranmış çıxılmaz vəziyyətdən ciddi narahatlığını ifadə edib.

“Hamımız həm cəbhədə, həm də diplomatik prosesdə mövcud çıxılmaz vəziyyəti narahatlıqla izləyirik. Tərəflərin bu vəziyyəti öz xeyirlərinə dəyişmək üçün atdığı addımlar təəssüf ki, yalnız gərginliyin daha da artmasına gətirib çıxarır”, - deyə o qeyd edib.

Fidan Qara və Azov dənizlərində son dövrlərdə həyata keçirilən zərbələrin münaqişənin mümkün ağır nəticələrini açıq şəkildə nümayiş etdirdiyini vurğulayıb.

O, çıxışının sonunda son insident nəticəsində insan tələfatının baş verməsi ilə əlaqədar Azərbaycan tərəfinə başsağlığı verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Ukrayna  


Bizi "telegram"da izləyin