Paşinyan Avropa Şurasının Prezidenti ilə telefon danışığı aparıb

2026/06/1780947626.jpg
Oxunub: 203     23:30     08 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının Prezidenti Antoniu Koşta ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, danışıq zamanı Antoniu Koşta Paşinyanı seçkilərin nəticələri münasibətilə təbrik edib.

“Həmsöhbətlər regional proseslər və sülh gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar. Tərəflər regionda davamlı sülhün və sabitliyin təmin edilməsinin əhəmiyyətini vurğulayaraq Ermənistan-Avropa İttifaqı əməkdaşlığını daha da gücləndirmək niyyətlərini təsdiqləyiblər”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Koşta  


Bizi "telegram"da izləyin