İranın xarici işlər naziri Paşinyanı təbrik edib

2026/05/1777642348.jpg
Oxunub: 196     23:43     08 İyun 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi Ermənistanın Baş naziri Nikol Paşinyanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, Əraqçi təbrik mesajını “X” sosial şəbəkəsində erməni dilində paylaşıb.

“İran-Ermənistan münasibətlərində formalaşmış müsbət və dinamik inkişaf xəttinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv əməkdaşlığın davam etdirilməsi üçün yaxşı imkanların yaranmasından məmnunuq”, - deyə İranın xarici işlər naziri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   Paşinyan  


Bizi "telegram"da izləyin