ABŞ İran istiqamətində hərəkət edən tankeri sıradan çıxarıb

2026/06/1780926038.jpg
Oxunub: 295     22:07     08 İyun 2026    
ABŞ Silahlı Qüvvələri Oman körfəzində Palau bayrağı altında üzən neft tankerinə hücum edərək onu hərəkətsiz vəziyyətə salıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, boş vəziyyətdə İran istiqamətində hərəkət edən “Marivex” tankerinin maşın bölməsi və idarəetmə sistemləri yüksək dəqiqlikli raketlə vurulub.

Məlumata görə, gəmi heyəti ABŞ hərbçilərinin birbaşa göstəriş və tələblərinə tabe olmayıb.

CENTCOM-un açıqlamasında qeyd olunub ki, “Marivex” artıq İran istiqamətində hərəkət etmir.

Komandanlıq əlavə edib ki, aprelin 13-də tətbiq edilən dəniz blokadasından etibarən tələbləri pozan 7 gəmi sıradan çıxarılıb, 134 gəminin marşrutu dəyişdirilib və humanitar yardım daşıyan 42 mülki gəminin hərəkətinə icazə verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin