Ordu.az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.
"ABŞ Prezidentinin memorandumla bağlı bəyanatları sənədin razılaşdırılmış hissələrinə zidd idi, bu da onu göstərir ki, onlar nə atəşkəs, nə də dialoq axtarışındadırlar", - İran parlamentinin sədri qeyd edib.
O əlavə edib ki, son gərginliklərin səbəbi atəşkəsin pozulması və dəniz blokadasıdır:
"Son gərginliklərə səbəb olan odur ki, amerikalılar həm İran xalqına qarşı dəniz blokadası ilə, həm də Livanda atəşkəsə əməl etməməklə razılaşmaları pozurlar".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində İsrail və İrandan qarşılıqlı zərbələri dərhal dayandırmağı tələb edib. Bundan qısa müddət sonra İran tərəfi İsrailə zərbələrin dayandırıldığını bildirib. Bununla belə, İran Livanda eskalasiya olacağı təqdirdə, yeni hücumlarla hədələyib.
Buna baxmayaraq, İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda "Hizbullah" silahlılarının ehtimal olunan obyektlərinin yerləşdiyi altı yaşayış məntəqəsinə aviazərbələr endirib.
Ordu.az