Almaniya və Fransa liderləri FCAS qırıcısı ilə bağlı fikir ayrılıqlarını aradan qaldıra bilməyiblər

2026/02/1771435699.jpg
Oxunub: 191     21:10     08 İyun 2026    
Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron yeni nəsil Avropa qırıcısının yaradılması layihəsində iştirak edən şirkətlərin ortaq məxrəcə gələ bilmədiyi qənaətinə gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Almaniya hökumətindəki iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hər iki lider iştirakçı şirkətlərin layihə üzrə fikir ayrılıqlarını həll etmək iqtidarında olmadığını hesab edir.

Bununla yanaşı, tərəflər “Gələcəyin Hava Döyüş Sistemi” (FCAS/SCAF) kimi tanınan layihədə iştirak edən ölkələrin müşayiətedici pilotsuz uçuş aparatı sisteminin və məlumat mübadiləsi üçün vahid şəbəkənin birgə hazırlanmasını davam etdirməsi barədə razılığa gəliblər.

Qeyd olunub ki, layihə çərçivəsində pilotsuz sistemlərin və döyüş platformaları arasında məlumat inteqrasiyasının inkişaf etdirilməsi üzrə əməkdaşlıq davam etdiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Fransa  


Bizi "telegram"da izləyin