Pentaqon bir sıra iri Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib

2026/06/1780570133.jpg
Oxunub: 212     22:11     08 İyun 2026    
ABŞ-nin Müharibə Nazirliyi Çin Xalq Azadlıq Ordusu ilə əməkdaşlığa görə Çinin bir sıra iri şirkətlərini "qara siyahı"ya daxil edib.

Ordu.az xəbər verir ki, sənəd ABŞ hökumətinin Federal Reyestrində dərc olunub.

Sənədə əsasən, "Alibaba" onlayn ticarət platforması, "Baidu" axtarış sistemi, elektromobil və akkumulyator istehsalçısı BYD və NIO korporasiyası siyahıya daxil edilib.

Bu şirkətlər Çinin Sənaye və İnformasiyalaşdırma Nazirliyi ilə əməkdaşlığa görə "qara siyahı"ya düşüb. Ümumilikdə, bu il siyahıya 15-ə yaxın şirkət əlavə edilib.

Qeyd edək ki, bu qərar sanksiyaların dərhal tətbiq edilməsini nəzərdə tutmur, lakin siyahıya daxil edilmiş şirkətlərə ABŞ hərbi idarəsi üçün podratçı kimi çıxış etmək qadağandır. Bu həm də onu göstərir ki, sonradan onlara qarşı ticarət və ya digər məhdudiyyətlər tətbiq edilə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Çin   ABŞ  


Bizi "telegram"da izləyin