Saar: "Ermənistanla Azərbaycan arasında sülh regionda sabitlik və əməkdaşlığı möhkəmləndirəcək"

2026/06/1780930955.jpg
Oxunub: 177     18:36     08 İyun 2026    
Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və əməkdaşlığın inkişafına töhfə verəcək.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyasının seçkilərdəki qələbəsini şərh edərkən "X" sosial şəbəkə hesabında paylaşım edib.

G. Saarın sözlərinə görə, Paşinyan öz ölkəsini sülh yoluna yönəldib və Azərbaycanla barışığa gətirib çıxarıb ki, bu da regional sabitliyin, eləcə də əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim "Vətəndaş müqaviləsi" partiyası iyunun 7-də keçirilən parlament seçkilərində səslərin 49,825 %-ni toplayaraq qalib gəlib. Bu göstərici partiyaya yeni hökuməti formalaşdırmağa imkan verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Saar   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin