Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
ABŞ rəsmisinin sözlərinə görə, Amerika hərbçiləri ötən gecə buraxılan İran raketlərindən heç birini vurmayıb. Bu mövqe İranla qarşıdurmanın əvvəlki mərhələləri ilə müqayisədə ciddi dəyişiklik hesab olunur. Belə ki, əvvəlki dövrlərdə ABŞ xeyli sayda raket sərf edərək İsrail istiqamətində uçan İran hədəflərini məhv edirdi.
Qeyd olunub ki, bu açıqlama İsrail ordusunun nümayəndəsinin daha əvvəl verdiyi və ABŞ-nin İsrailin hava hücumundan müdafiə qüvvələrinə kömək göstərərək bəzi İran raketlərini vurduğu barədə bəyanatı ilə ziddiyyət təşkil edir.
Mənbə CNN-ə bildirib ki, İsrail hərbçiləri bütün gecə ərzində ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ilə fəaliyyətlərini əlaqələndiriblər. Xüsusilə, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir iki dəfə CENTCOM-un rəhbəri admiral Bred Kuperlə telefon danışığı aparıb.
Sevinc Əliyeva
Ordu.az