Ordu.az xəbər verir ki, bu barədə Qalibaf “X” sosial şəbəkəsindəki hesabında yazıb.
O bildirib ki, İran təcavüzə raket zərbələri ilə cavab verməyə davam edəcək.
Qalibafın sözlərinə görə, əvvəlki status-kvo, yəni atəşkəs razılaşmalarının yalnız sənədlərdə qalması və ərazidə hücumların davam etməsi artıq İranın raket zərbələri nəticəsində dağılıb.
“Etimadın möhkəmləndirilməsi istiqamətində səmimi niyyət olmadığı müddətdə İranın cavabı məhz belə olacaq”, - deyə o vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az