Netanyahu Trampa İsrailin özünümüdafiə hüququndan danışıb

2026/03/1774853394.jpg
Oxunub: 196     22:01     08 İyun 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla söhbəti zamanı İsrailin istənilən vaxt özünü müdafiə etmək hüququnu saxladığını bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Netanyahu televiziya müraciətində danışıb.

Onun sözlərinə görə, İsrail özünümüdafiə hüququna tam malikdir və zərurət yarandıqda bundan istifadə edəcək.

“Mən bunu sizə eyni şəkildə deyirəm ki, dostum Prezident Trampla keçirdiyim dostcasına söhbətlərdə də minnətdarlıq və hörmətlə ifadə etmişəm. İsrailin özünü müdafiə etmək üçün tam hüququ var və biz buna ehtiyac yarandıqda əməl edəcəyik”, - deyə Netanyahu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Tramp   İsrail   ABŞ  


Bizi "telegram"da izləyin