Rusiyanın bu gün Ukraynaya endirdiyi zərbələr nəticəsində ölən və yaralananlar var

2026/01/1767513449.jpg
Oxunub: 236     18:52     08 İyun 2026    
Rusiya ordusunun Ukrayna ərazisinə hücumları zamanı üç nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Ordu.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

"Rusiyanın pilotsuz uçuş aparatı ilə vilayət mərkəzinin yaşayış massivinə endirdiyi zərbə nəticəsində iki nəfərin öldüyü məlumdur. Daha əvvəl 15 nəfərin yaralandığı bildirilib", - Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov deyib.

Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorovun məlumatına görə, kütləvi hücum nəticəsində Seredino-Buda icmasında bir nəfər ölüb. Daha əvvəl o, doqquz nəfərin xəsarət aldığını bildirib.

Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib ki, Slavyanskın bombardmanı zamanı inzibati bina, tibb müəssisəsi, çoxsaylı çoxmərtəbəli binalar və fərdi evlər zədələnib, azı yeddi nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin