Sançes Perudakı prezident seçkilərində Fuximorini qabaqlayır

2026/06/1780945268.jpg
Oxunub: 199     22:49     08 İyun 2026    
Solçu "Peru üçün birlikdə" Partiyasının namizədi Roberto Sançes prezident seçkilərinin ikinci turunda mühafizəkar "Xalq gücü"ndən olan Keyko Fuximorini qabaqlayır.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə rəqəmlər rəsmi məlumatlarda öz əksini tapıb.

Qeyd olunub ki, səslərin 93,2 %-nin sayılmasından sonra Sançes 50,008 %, Fuximori isə 49,992 % səs toplayıb. Bazar günü səsvermə başa çatdıqdan sonra Fuximori əhəmiyyətli fərqlə liderlik edirdi, lakin səslər sayıldıqca, o cümlədən Perunun kənd bölgələrindən gələn səslər hesabına Sançes üstünlük qazanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peru   Seçki  


Bizi "telegram"da izləyin