“Seçkilərin nəticələrinə etiraz edəcəyik” - Köçəryan

2026/06/1780932573.jpg
Oxunub: 234     19:31     08 İyun 2026    
“Hayastan” blokunun baş nazirliyə namizədi, Ermənistanın ikinci prezidenti Robert Köçəryan seçkilərin nəticələrinə etiraz edəcəklərini açıqlayıb.

Ordu.az xəbər verir ki, Köçəryan bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, bu seçkilər hakimiyyətin genişmiqyaslı təzyiqləri, müxaliflərin həbsi, inzibati resurslardan görünməmiş şəkildə istifadə və seçki pozuntuları şəraitində keçirilib.

“Biz seçkilərin nəticələrinə etiraz edəcəyik. Hazırda növbəti addımları müxalif düşərgədəki tərəfdaşlarımızla müzakirə edirik. Qarşıdakı fəaliyyətlə bağlı yanaşmalarımızı bu müzakirələr başa çatdıqdan sonra təqdim edəcəyik.

Bir məsələ aydındır, geri çəkilməyəcəyik və mübarizə səngərimizi tərk etməyəcəyik”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin