Şərif münaqişə tərəflərini diplomatiyanın uğuru naminə təmkinli olmağa çağırıb

2025/07/1751626978.jpg
Oxunub: 208     19:25     08 İyun 2026    
Pakistanın Baş naziri Şahbaz Şərif bütün tərəfləri sülhə və diplomatiyaya şans vermək üçün təmkin nümayiş etdirməyə çağırıb.

Ordu.az xəbər verir ki, Şərif bununla bağlı “X” hesabında paylaşım edib.

“Yaxın Şərqdə son zorakılıq dalğası atəşkəs rejiminin nə qədər həssas olduğunu və bunun hansı ağır nəticələrə gətirib çıxara biləcəyini bir daha xatırladır.

Biz qardaşlarımız və tərəfdaşlarımızla birlikdə münaqişənin sülh yolu ilə diplomatik həllini tapmaq üçün səmimi və yorulmadan çalışdığımız, xüsusilə də son məqsədə çatmağın artıq yaxın olduğu bir vaxtda bütün tərəfləri inandırıcı şəkildə təmkin nümayiş etdirməyə və sülhə daha bir şans verməyə çağırırıq.

Gəlin zorakılıq və dağıntılar yolunu seçmək əvəzinə, uğur üçün böyük imkanlar vəd edən sülh və diplomatiya yoluna sadiq qalaq”, - deyə Pakistanın Baş naziri bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şərif   Pakistan  


Bizi "telegram"da izləyin