Pekinə gedən yol: Tramp və Putin üçün Si Cinpin dayanacağı, yoxsa tramplini?

2026/05/1778091627.jpg
Oxunub: 549     22:18     06 May 2026    
Mayın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub, tərəflər “beynəlxalq gündəliyi və Moskva ilə Vaşinqton arasındakı münasibətləri, eləcə də ikitərəfli təmasların vaxt cədvəlini” müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bundan əvvəl Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub və həmin danışıq zamanı Moskvada keçiriləcək hərbi parad ərəfəsində Rusiya-Ukrayna atəşkəsinin mümkünlüyü müzakirə edilib. Görünür, Donald Tramp bu məsələdə vasitəçi olmaq istəməyib.

Rusiya mətbuatı Ukrayna prezidenti Zelenskinin mayın 6-sı saat 00:00-dan etibarən atəşkəsin tətbiqi ilə bağlı təklifini “vaxt qazanmaq və yeni qüvvələr toplamaq məqsədi” kimi qiymətləndirib.

“Nezavisimaya qazeta” mənbə göstərmədən ABŞ prezidentinin aşağıdakı fikrini sitat gətirib: “Biz Ukraynada nizamlanmaya nail olmaq istəyirik... O, ərazilər itirir, lakin bu, tərəflərə baha başa gəlir”. Daha sonra qəzetin yazdığına görə, ABŞ prezidenti bildirib ki, Ukrayna ABŞ-nin NATO müttəfiqləri arasında “ən yaxşısıdır, o, bu mübarizədə hamıdan yaxşıdır”.

Diqqət yetirmək vacibdir ki, Lavrov-Rubio telefon danışığı Avropa demokratik birliyinin, Avropa İttifaqı-Ermənistan sammitinin və Fransa prezidenti Makronun Ermənistana səfərinin, həmçinin İtaliyanın baş naziri Meloninin Azərbaycana səfəri və İlham Əliyevlə qapalı danışıqları fonunda baş tutub.

“RIA Novosti” həmin gün ehtimal edib ki, Avropadan “ABŞ hərbçilərinin çıxarılması müharibəyə hazırlığın əlamətidir”. Nəşr Avropanı “Kalininqrad vilayətini Rusiyadan ayırmaq üçün işğalçı planlar hazırlamaqda” ittiham edib.

Lavrov və Rubio hansı təmas cədvəlini müzakirə ediblər? May ayında Donald Tramp və Vladimir Putin Pekinə səfər etməyi planlaşdırırlar. Bundan əvvəl və ya Si Cinpinlə ayrı-ayrı görüşlərdən sonra Rusiya və ABŞ prezidentləri arasında danışıqlar hazırlanırmı?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pekin   Tramp   Putin   Cinpin  


Bizi "telegram"da izləyin