Ordu.az IRIB agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl-Qüds" qüvvələrinin komandanı İsmayıl Qaani bildirib.
"Qəhrəman Yəmən xalqının vaxtında və qətiyyətli addımları müqavimət cəbhəsinin zəkasını nümayiş etdirir. Zərurət yaranarsa, digərləri də gələcək", - o bildirib.
Qaani İranın müttəfiqlərini nəzərdə tutaraq sərhədlərin müdafiəsində Birləşmiş Müqavimət Cəbhəsinin bütün üzvlərinin iştirak edəcəyini bəyan edib.
Ordu.az