Ordu.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin aparatı məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər regional təhlükəsizlik, Ermənistan-NATO əməkdaşlığının gedişi və inkişaf perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
“Həmsöhbətlər həmçinin beynəlxalq və regional sabitliyin təmin olunmasına yönəlmiş səylərə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.
Tərəflər ümumi dəyərlər və qarşılıqlı etimad əsasında konstruktiv dialoqun və əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiqləyiblər”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az