Ermənistan və Britaniya strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar

2026/05/1777894744.jpg
Oxunub: 375     15:28     04 May 2026    
Ermənistan və Böyük Britaniya strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “X” sosial şəbəkəsində məlumat verib.

“Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə bu gün imzaladığımız Ermənistan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə ilə biz ikitərəfli münasibətlərdə ümumi dəyərlərə və gücləndirilmiş əməkdaşlığa əsaslanan yeni və ümidverici bir səhifə açırıq”, - deyə Ermənistanın Baş naziri yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Britaniya  


Bizi "telegram"da izləyin