Ottava Bakı və İrəvan arasında sülh dialoqunda əldə olunan irəliləyişi alqışlayır

2025/05/1746555882.jpg
Oxunub: 320     13:23     04 May 2026    
Ottava Bakı və İrəvan arasında sülh prosesində əldə olunan irəliləyişi alqışlayır.

Ordu.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni bu gün İrəvanda "Avropa Siyasi Birliyi"nin (ASB) sammitində çıxışı zamanı deyib.

"Azərbaycanla Ermənistan arasında sülh prosesində irəliləyişin əldə olunduğunu qeyd edənlərə qoşuluram və Prezident İlham Əliyevin iştirakını alqışlayıram", - o bildirib.

Karni Kanadanın ASB formatında iştirakının vacibliyini vurğulayıb və İrəvandakı sammitə dəvətə görə Avropa İttifaqı Şurasının sədri Antonio Koştaya təşəkkür edib.

Qeyd edək ki, Kanadanın Baş naziri "Avropa Siyasi Birliyi"nin sammitində ilk dəfədir iştirak edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ottava   Bakı   İrəvan  


Bizi "telegram"da izləyin