Tixanovskaya Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana gedib

2026/05/1777884487.jpg
Oxunub: 278     12:47     04 May 2026    
Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya Ermənistana gedib.

Ordu.az xəbər verir ki, bu barədə o, öz “Telegram” kanalında məlumat verib.

Tixanovskaya tədbirdə Belarusun nümayəndəsi kimi iştirak edir. O bildirib ki, səfəri barədə məlumat təhlükəsizlik səbəbləri ilə əvvəlcədən açıqlanmayıb.

“Bizim məqsədimiz Belarusun diqqət mərkəzində qalmasını təmin etməkdir. Məhz buna görə bu gün buradayam”, - deyə siyasətçi “Telegram” kanalında yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tixanovskaya   ASB  


Bizi "telegram"da izləyin