“Gürcüstan hökuməti yanlış istiqamətdə irəliləyir” - Kaya Kallas

2026/05/1777884456.jpg
Oxunub: 348     12:46     04 May 2026    
“Gürcüstan hökuməti Avropa İttifaqına üzv olmaq istəyir, lakin yanlış istiqamətdə irəliləyir, çünki Avropa yalnız coğrafiya deyil, həm də dəyərlər və prinsiplərdir”.

Ordu.az xəbər verir ki, bu barədə İrəvanda, Avropa Siyasi Birliyinin sammitinin başlanğıcından əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

“Şübhəsiz ki, İrəvanda keçirilən bu sammit xüsusilə indi, İranda müharibə getdiyi bir vaxtda Qafqazın əhəmiyyətini bir daha göstərir. Biz əlaqələrdən danışırıq, eyni zamanda üzləşdiyimiz təhdidlərə qarşı dayanıqlılıqdan bəhs edirik. Gürcüstan və Avropa münasibətlərinə gəldikdə isə coğrafiyaya baxmaq belə hansı ölkələrin burada yerləşdiyini göstərir. Buna görə də Orta Dəhlizlə bağlı irəliləyiş üçün nə edə biləcəyimizi müzakirə edirik”, - deyə o qeyd edib.

Kallas əlavə edib: “Gürcüstanla bağlı müəyyən narahatlıqlarımız var. Avropa İttifaqına üzv olmaqla bağlı bəyanatlara baxmayaraq, görürük ki, ölkə hökuməti real addımlar atmır və əslində yanlış istiqamətdə hərəkət edir. Bu isə bizi müəyyən məhdudiyyətlər tətbiq etməyə, o cümlədən maliyyələşmənin yenidən nəzərdən keçirilməsinə vadar edir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   Gürcüstan  


Bizi "telegram"da izləyin