Avropa Siyasi Birliyinin sammitinin iştirakçıları İrəvanda birgə foto çəkdiriblər

2026/05/1777884423.jpg
Oxunub: 302     12:45     04 May 2026    
İrəvanda keçirilən Avropa Siyasi Birliyinin səkkizinci sammitinin iştirakçıları mayın 4-də birgə foto çəkdiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, foto çəkilişindən sonra sammitin plenar iclasının keçirilməsi nəzərdə tutulur.

Qeyd edilir ki, tədbir Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində baş tutur. Bu il sammit “Gələcəyin qurulması: Avropada birlik və dayanıqlılıq” şüarı ilə keçirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   ASB  


Bizi "telegram"da izləyin