“Ermənistan barıt çəlləyinin üstündə oturub və bu, partlaya bilər” - Con Aybner

2026/05/1777881056.jpg
Oxunub: 353     16:11     04 May 2026    
“Hazırda Ermənistan rəhbərliyi “real Ermənistan” anlayışı ilə dövlət və millət arasında ayrılıq yaratmağa çalışır”.

Ordu.az xəbər verir ki, bunu “Christian Solidarity International” (CSI) hüquq-müdafiə təşkilatının prezidenti, doktor Con Aybner deyib.

Onun sözlərinə görə, dövlət istədiyi müqaviləni imzalaya bilər, amma bu, millətlərin barışması demək deyil.

“Qərb və ABŞ Ermənistanın siyasi kursuna təsir göstərməyə çalışır. Onlar Rusiyanın təsirini azaltmaq və bölgədə öz mövqelərini gücləndirmək istəyirlər. Ermənistan bu gün böyük dövlətlərin rəqabət meydanıdır. Bu, klassik “böyük oyun”dur. Müxtəlif güclər burada təsir uğrunda mübarizə aparır”, - deyə Aybner bildirib.

O qeyd edib ki, Ermənistan barıt çəlləyinin üstündə oturub və bu, partlaya bilər.

“Bəli, bütün tərəflər, yəni Rusiya, ABŞ, Avropa, müxtəlif vasitələrlə, informasiya, iqtisadi və psixoloji vasitələrlə hibrid müharibə aparır. Ermənistan çox təhlükəli vəziyyətdədir. O, sanki barıt çəlləyinin üstündədir və bu çəllək partlaya bilər. Nikol Paşinyanın Volodimir Zelenskini dəvət etməsi suallar yaradır: bu, Rusiyanı təxribata çəkmək üçündür, yoxsa sadəcə diplomatik jestdir? Bəli, çox təhlükəlidir. Ermənistan müxtəlif istiqamətlərdən təzyiq altındadır. Amma eyni zamanda, əgər Ermənistan anti-Rusiya platformasına çevrilərsə, Rusiyanın da reaksiyası olacaq. 2020-ci ildə müharibə olub, Qarabağ hadisələri baş verib. Təhlükə var. Əsas məsələ bu təhlükənin necə idarə olunmasıdır”, - deyə Aybner vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aybner   Ermənistan  


Bizi "telegram"da izləyin