Ordu.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Rusiya və ABŞ prezidentlərinin son telefon əlaqəsi ilə bağlı suala verərkən bildirib.
Jurnalistlər Vladimir Putin və Donald Tramp arasında hər hansı qeyri-rəsmi təmasın olub-olmadığını dəqiqləşdirməyə çalışanda Peskov qısa cavabla kifayətlənib: “Deyə biləcəyim hər şey budur”.
Diqqətçəkən məqam odur ki, bir gün əvvəl Donald Tramp Ukrayna münaqişəsinin tənzimlənməsinə yönəlmiş səylər çərçivəsində Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə “yaxşı söhbətlər” etdiyini bəyan etmişdi.
“Mən həm onunla (Putinlə), həm də Prezident Zelenski ilə danışmışam: bunlar yaxşı söhbətlər idi”, - deyə ABŞ Prezidenti “Fox News”un efirində bildirib, lakin həmin təmasların konkret nə vaxt baş verdiyini dəqiqləşdirməyib.
“Reuters” agentliyinin sitat gətirdiyi kimi, Tramp həmçinin əlavə edib: “Biz Rusiya və Ukrayna arasında yaranmış vəziyyət üzərində işləyirik və həllə nail olacağımıza ümid edirik”.
Diqqətçəkən məqam odur ki, Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə sülh tənzimlənməsi üzrə üçtərəfli danışıqlar fevralın sonunda ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən sonra dondurulmuşdu.
Sevinc Əliyeva
Ordu.az