Somali sahillərində yük gəmisi ələ keçirilib

2026/03/1773408651.jpg
Oxunub: 351     08:40     27 Aprel 2026    
Somalinin Qarakad şəhərindən altı dəniz mili şimal-şərqdə yük gəmisi ələ keçirilib.

Ordu.az-ın məlumatına görə, bu barədə Böyük Britaniya Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) xəbər verib.

"UKMTO Somalinin Qarakad şəhərindən altı dəniz mili şimal-şərqdə baş verən hadisə barədə məlumat alıb", - deyə bildirilib.

Naməlum şəxslərin yük gəmisini qaçıraraq Somali ərazi sularına doğru getdiyi iddia edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somali   Gəmi  


Bizi "telegram"da izləyin