“İran ABŞ-nin tələblərini yerinə yetirməyi planlaşdırır” - Tramp

2026/04/1777008547.jpg
Oxunub: 461     08:17     25 Aprel 2026    
Donald Tramp “Reuters” agentliyinə bildirib ki, İran ABŞ-nin tələblərini qarşılamağa yönəlmiş təklif irəli sürməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

O qeyd edib ki, həmin təklifin necə olacağını hələ bilmir. Tramp iddia edib ki, istənilən razılaşma İranın zənginləşdirilmiş urandan imtinasını və Hörmüz boğazından neftin sərbəst hərəkətinə icazəni əhatə etməlidir.

Amerikalı emissarlar Stiv Uitkof və Cared Kuşner şənbə günü İslamabada gedərək İran nümayəndə heyəti ilə danışıqlar aparmağı planlaşdırırlar.

Cümə axşamı Tramp İranda ölkəyə kimin rəhbərlik etməsi ilə bağlı narahatlığını bildirmiş, ABŞ rəsmiləri isə onların fikrincə rəhbərliyin parçalandığını demişdilər.

Cümə günü Trampdan ABŞ-nin kiminlə danışıqlar apardığı soruşulduqda o cavab verib: “Mən bunu demək istəmirəm, amma hazırda hakimiyyətdə olanlarla işləyirik”.

O, ad çəkməkdən imtina edib. Tramp bildirib ki, ABŞ hərbi qüvvələri razılıq əldə olunana qədər İran limanlarının blokadasını davam etdirəcək.

Blokadanın qaldırılması üçün nə lazım olduğu soruşulduqda isə belə cavab verib: “Bu suala daha sonra cavab verə bilərəm. Mən onların nə təklif edəcəyini görməliyəm”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin