ABŞ BƏƏ-yə 12 ədəd F/A-18C/D qırıcıdan ibarət eskadrilya yerləşdirib

2025/02/1739436519.jpg
Oxunub: 469     07:44     25 Aprel 2026    
ABŞ Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən Əl-Dəfra Hava Bazasına Dəniz Piyada Korpusuna məxsus 12 ədəd F/A-18C/D qırıcıdan ibarət eskadrilya yerləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə Hərbi Hava İzləmə Alyansı məlumat yayıb.

Məlumata görə, təyyarələr əvvəlcə Portuqaliyanın Azor adalarındakı Lajes hava bazasına eniş edib, daha sonra BƏƏ-yə göndərilib.

Əl-Dəfra bazası İran sahillərinə yaxın strateji mövqedə yerləşir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   BƏƏ  


Bizi "telegram"da izləyin