Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir

2025/02/1739719415.jpg
Oxunub: 402     06:45     25 Aprel 2026    
ABŞ və İsrailin İrana hücumları başlayandan Tehrandan ləğv edilmiş beynəlxalq uçuşlar bu gündən bərpa olunur.

Ordu.az-ın "TRT Haber"ə istinadən xəbərinə görə, bu barədə İmam Xomeyni adına Beynəlxalq Hava Limanı məlumat yayıb.

Məlumata görə, ilk beynəlxalq uçuşlar Türkiyənin İstanbul, Səudiyyə Ərəbistanının Mədinə və Omanın Maskat şəhərlərinə təşkil olunacaq.

Xatırladaq ki, fevralın 28-də ABŞ-nin və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan sonra ölkədə hava əlaqəsi dayandırılmışdı. Daha sonra İran hakimiyyəti ölkənin əsas hava limanlarından aviareyslərin qismən bərpa edilməsi barədə qərar qəbul edib. Aprelin 18-də İslam Respublikasının hava məkanının qismən açılmasının elan edilməsindən sonra Omandan İrana ilk sərnişin təyyarəsi yola düşüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   Uçuş  


Bizi "telegram"da izləyin