Fransanın “Rafale” F5 qırıcıları ən yeni “Stratus” RS raketləri ilə silahlandırılacaq

2026/04/Ekran-1777055389.jpg
Oxunub: 526     22:28     24 Aprel 2026    
Fransanın “Rafale F5” qırıcıları hava hücumundan müdafiə raketlərindən müstəqil şəkildə yayınmaq qabiliyyətinə malik ən yeni “Stratus” RS raketləri ilə təchiz olunacaq.

Ordu.az “Opexnews” nəşrinə istinadən xəbər verir ki, bu planlar təsdiqlənib və Fransa Silahlı Qüvvələrinin 2024-2030-cu illər üçün yenilənmiş silahlanma proqramına daxil edilib.

“Stratus” RS ilə uyğunlaşdırılmış “Rafale” F5 qırıcılarının 2030-cu ildən əvvəl xidmətə daxil olması gözlənilmir.

Raketin özünün tam əməliyyat hazırlığı isə yalnız 2035-ci il üçün proqnozlaşdırılır.

“Stratus” RS (əvvəllər RJ10 kimi tanınırdı) Fransa, Böyük Britaniya və İtaliya ilə əməkdaşlıq şəraitində “MBDA” konsorsiumu tərəfindən hazırlanmaqda olan iki yeni nəsil raketdən biridir.

MBDA-nın “Stratus” RS raketi

O, yerüstü hədəfləri və düşmən arxasında dərinlikdə yerləşən strateji hədəfləri vurmaq üçün nəzərdə tutulub.

“Stratus” RS müasir hava hücumundan müdafiə sistemlərini yarmağa qadir, səsdən sürətli və yüksək manevr qabiliyyətinə malik raketdir.

MBDA-dan raket

2025-ci ilin sentyabr ayının əvvəlində MBDA Londonda keçirilən DSEI sərgisində bütün əsas yeniliklərini təqdim edib.

Digər məhsullarla yanaşı, gələcəyin iki FC/ASW raketinin maketləri də nümayiş etdirilib. Sərgi zamanı bu sursatların artıq “Stratus” adı aldığı elan olunub.

“Stratus” RS layihəsi havadan və ya gəmidən buraxılan səsdən sürətli raketin yaradılmasını nəzərdə tutur.

Raket üçün düzaxınlı hava reaktiv mühərriki hazırlanır və onun sürətini təxminən “Mach 3.5” səviyyəsinə çatdıracağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Rafale-F5  


Bizi "telegram"da izləyin