Netanyahu Trampla əla söhbət etdiyini bildirib

2026/03/1774853394.jpg
Oxunub: 357     21:59     24 Aprel 2026    
ABŞ prezidenti Donald Trampın İsrail və “Hizbullah” arasında atəşkəsin üç həftə uzadıldığını elan etməsindən təxminən bir gün sonra İsrailin Baş naziri Benyamin Netanyahu vəziyyəti ilk dəfə açıq şəkildə şərh edib və “Hizbullah”ın atəşkəsi pozmağa çalışdığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” yazır.

“Mən sizə söz vermişdim ki, biz Yaxın Şərqin simasını dəyişəcəyik və məhz bunu edirik.

Mən prezident Trampla əla söhbət etdim. O, İrana həm iqtisadi, həm də hərbi baxımdan çox güclü təzyiq göstərir. Biz tam əməkdaşlıq şəraitində fəaliyyət göstəririk.

Eyni şey Livana da aiddir. Biz İsrail və Livan arasında tarixi sülhə nail olmaq prosesinə başlamışıq, “Hizbullah” isə onu pozmağa çalışır. İstənilən təhdidə qarşı tam fəaliyyət azadlığımızı qoruyuruq. Dünən zərbələr endirmişik və bu gün də zərbələr endirmişik. Biz şimal sakinləri üçün təhlükəsizliyi bərpa etməkdə qətiyyətliyik”, - deyə Netanyahu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Tramp  


Bizi "telegram"da izləyin