Ordu.az xəbər verir ki, sözügedən yardım paketi İspaniyanın müdafiə naziri Marqarita Roblesin Kiyevə səfəri zamanı Ukraynanın müdafiə naziri Mixailo Fedorov ilə keçirdiyi görüşdən sonra elan olunub.
Təhvillərin may ayında başlanması planlaşdırılır və xüsusilə Ukrayna Dövlət Sərhəd Mühafizə Xidməti bölmələrinin gücləndirilməsi nəzərdə tutulur.
Hava hücumundan müdafiə və pilotsuz uçuş aparatı əməkdaşlığı
Ukraynanın müdafiə naziri Mixailo Fedorov bildirib ki, tərəflər həmçinin Ukraynanın pilotsuz uçuş aparatı istehsalını artırmağa yönəlmiş əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Görüşlərdə hava hücumundan müdafiə imkanlarının inkişaf etdirilməsi və əvvəllər xidmətdən çıxarılmış sistemlərin modernizasiyası da prioritet mövzular sırasında olub.
İki ölkənin rəsmiləri həmçinin Avropa ortaq ballistik raketdən müdafiə sistemi hazırlanması layihəsində İspaniyanın rolunu da müzakirə ediblər. Bu mövzu Avropanın inteqrasiya olunmuş hava və raketdən müdafiə arxitekturasının gücləndirilməsinə yönəlmiş uzunmüddətli planların tərkib hissəsi kimi qiymətləndirilir.
Bununla yanaşı, İspaniya hökuməti Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemlərində istifadə olunmaq üçün beş ədəd PAC-2 önləyici raket də təchiz edəcək. Bu addım Ukraynanın xüsusilə ballistik və yüksək sürətli hava təhdidlərinə qarşı müdafiə imkanlarını dəstəkləməyi hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az