“Al Jazeera”: ABŞ və İran arasında Hörmüz boğazı məsələsində müəyyən irəliləyiş qeydə alınıb

2026/04/1777044336.jpg
Oxunub: 423     19:24     24 Aprel 2026    
Pakistan hökumətindəki mənbələr bildiriblər ki, İranın xarici işlər naziri Abbas Əraqçi İslamabada gəldikdən sonra ABŞ-nin və İranın arasında bu gün axşam üzbəüz formatda görüş keçirilə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Mənbələr irəliləyiş gözlədiklərini bildiriblər. Mübahisənin əsas predmeti ABŞ-nin Hörmüz boğazını blokadaya almasıdır, lakin Pakistan mənbələrinin sözlərinə görə, bu məsələdə müəyyən irəliləyiş qeydə alınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin