İsrail ordusu Livan əhalisinə çağırış edib

2025/01/1736226956.jpg
Oxunub: 409     18:14     24 Aprel 2026    
İsrail ordusu Livanın cənubundakı Deyr-Əməs yaşayış məntəqəsinin sakinlərini planlaşdırılan hava zərbəsi barədə xəbərdar edərək onları təcili təxliyə olunmağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) nümayəndəsi Avixay Edri "X" sosial şəbəkəsində ərəb dilində müraciət paylaşıb.

İsrail Müdafiə Ordusunun (SAXAL) nümayəndəsi bildirib ki, həmin yaşayış məntəqəsindən “Hizbullah”ın silahlı qrupları hücumlar həyata keçirir.

“Deyr-Əməsdən həyata keçirilən raket atəşləri İsrail ordusunu terrorçulara qarşı qəti tədbirlər görməyə məcbur edir. Buna görə də öz təhlükəsizliyiniz naminə dərhal evlərinizi tərk etməli və yaşayış məntəqəsindən ən azı bir kilometr uzaqlaşmalısınız”,- deyə müraciətdə bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin