İsveçrə Tehrandakı səfirliyinin fəaliyyətini tədricən bərpa edir

2026/04/1777037776.jpg
Oxunub: 331     17:06     24 Aprel 2026    
İsveçrə İrandakı səfirliyinin fəaliyyətini tədricən bərpa edir və bu həftə Tehrana diplomatlardan ibarət kiçik bir qrup göndərib.

Ordu.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İsveçrə hökumətinin bəyanatında deyilir.

İsveçrə hökuməti hələlik söhbətin missiyanın fəaliyyətinin tam bərpasından deyil, diplomatik mövcudluğun mərhələli şəkildə bərpasından getdiyini bildirib.

Səfirlik ABŞ və İran arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar təhlükəsizlik mülahizələri fonunda martın 11-də müvəqqəti olaraq bağlanmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   İran  


Bizi "telegram"da izləyin