Ordu.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset bildirib.
“Biz Avropaya ümid bağlamırıq, lakin onlar Hörmüz boğazına bizdən daha çox ehtiyac duyurlar və bəlkə də onlar daha az danışmalı, Avropada daha az təmtəraqlı konfranslar keçirməli və “qayığa minməlidirlər”. Bu, bizimkindən daha çox onların mübarizəsidir”, - deyə o vurğulayıb.
Heqset qeyd edib ki, ABŞ-nin kifayət qədər vaxtı var və İranla saziş bağlamağa tələsmir.
“Əgər İran sulara minalar yerləşdirsə və ya başqa şəkildə Amerika ticarət donanmasına və ya ABŞ qoşunlarına təhlükə yaratsa, biz onları məhv edəcəyik”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az