Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbətində Ermənistan parlamentinin deputatı, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından xaric edilmiş Hovik Ağazaryan bildirib.
“Unudaq, köklərdən qopaq, dördüncü respublikanı yaradaq, onun müraciətinin mahiyyəti bu idi”, - deyə Ağazaryan bildirib.
O qeyd edib ki, Nikol Paşinyan “Vətəndaş Günü”nün məhz aprelin sonunda qeyd olunmasına xüsusi qərar verib.
“O istəyir ki, kababla “soyqırımı” (qondarma-red.) ilə bağlı tarixi bağları qoparsın və bunu öz xəyali dördüncü respublika ideyasına xidmət etdirmək üçün istifadə etsin”, - deyə Ağazaryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az