Ordu.az xəbər verir ki, bu barədə “Ekhokavkaza.com” yazıb.
İcma şurasının üzvü Janeta Bağdasaryanın sözlərinə görə, onlar müəyyən edilmiş vaxtda meriyaya və Daxili İşlər Nazirliyinə yazılı müraciətlər təqdim ediblər, lakin rədd cavabı alıblar.
Janeta Bağdasaryanın sözlərinə görə, cavabda qeyd olunub ki, Gürcüstanın “Toplantılar haqqında” qanununa əsasən, Daxili İşlər Nazirliyi toplantı azadlığı ilə aksiyanın keçirildiyi ərazilərdə yaşayan, işləyən və ya sahibkarlıq fəaliyyəti göstərən şəxslərin hüquqları arasında tarazlığı təmin etməyə borcludur. Bu şəxslərin fəaliyyətlərini davam etdirmək hüququ məhdudlaşdırılmamalıdır.
Daxili İşlər Nazirliyi həmçinin toplantı azadlığı ilə ictimai təhlükəsizlik, qanun və asayiş, vətəndaşların nəqliyyatdan istifadəsi və sərbəst hərəkəti, eləcə də digər insan hüquq və azadlıqları arasında tarazlığı qorumalıdır.
Bu məqsədlə Daxili İşlər Nazirliyinin toplantının vaxtını və ya yerini, yaxud marşrutunu dəyişdirməyin məqsədəuyğunluğunu müzakirə etmək hüququ var.
Buna görə də göstərilən yer və onun xüsusiyyətləri nəzərə alınaraq, aksiyanın keçirilməsi bu tələblərin pozulmasına səbəb ola bilər və icmadan məkanın dəyişdirilməsini müzakirə etmələri istənilib.
Janeta Bağdasaryan “Azadlıq Radiosu”nun gürcü xidmətinə bildirib ki, onlar aksiyanın başqa yerdə keçirilməsini müzakirə etmirlər. Onlar üçün aksiyanın məhz Türkiyə səfirliyi yaxınlığında keçirilməsi vacib idi, çünki bunu son 20 ildə belə ediblər.
Alpər Mövludoğlu
Ordu.az