Emi Karlon: "ABŞ və Azərbaycan kosmik sahədə əməkdaşlığı gücləndirir"

2026/04/1777033104.jpg
Oxunub: 418     16:15     24 Aprel 2026    
ABŞ və Azərbaycan kosmik sahədə əməkdaşlığı gücləndirməyə davam edir.

Ordu.az Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon "Azərkosmos" şirkətinin Əsas Yerüstü İdarəetmə Stansiyasında olub.

Stansiyada ona Azərbaycanın qlobal kosmik sektorda artan rolu barədə məlumat verilib.

"ABŞ ilə Azərbaycan elm və texnologiya vasitəsilə innovasiyanı, əlaqəliliyi və ortaq rifahı təşviq etmək məqsədilə kosmik sahədə əməkdaşlığı daha da möhkəmləndirir", - diplomatik missiyada vurğulayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin