Ərdoğan İstanbulun erməni patriarxına və Türkiyədəki erməni icmasına müraciət ünvanlayıb

2025/10/1759832385.jpg
Oxunub: 338     15:43     24 Aprel 2026    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun erməni patriarxına və Türkiyədəki erməni icmasına müraciət ünvanlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

İstanbulda nəşr olunan erməni “Agos” qəzetinin məlumatına görə, Türkiyə Prezidentinin müraciəti aprelin 24-də İstanbuldakı Müqəddəs Hakob erməni kilsəsində “soyqırımı” (qondarma-red.) “qurbanları” üçün keçirilən ayin zamanı oxunub.

Ərdoğan müraciətində bildirib ki, Birinci Dünya müharibəsi illərinin ağır şəraitində həyatını itirmiş ermənilərin nəvələrinə bir daha başsağlığı verir.

O qeyd edib ki, Osmanlı imperiyasının süqutu illərində imperiyanın bütün xalqları böyük əzablar yaşayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin